Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfər edəcək

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfər edəcək
21.09.2023 09:30
Aa
dəq

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin bildirib.

Nazir Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizə işgüzar səfərə gəldi. Səfər çərçivəsində iki ölkənin liderləri bir sıra çox mühüm ikitərəfli əməkdaşlıq sənədlərini imzaladılar. Eləcə də, bir neçə gün bundan əvvəl Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünü təşkil etdik. Cənab İlham Əliyev ölkə başçımız Emoməli Rəhmon tərəfindən görüşə fəxri qonaq qismində dəvət edildi. Biz onun görüşdə iştirakından böyük məmnunluq duyduq”.

“Bu yaxınlarda Azərbaycanda, Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) üzrə sammit keçiriləcək. Tacikistan sammitdə dövlət başçısının rəhbərliyi ilə yüksək səviyyədə iştiraka hazırlaşır", - nazir vurğulayıb.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu