Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda güclü külək 2 qadının xəsarət almasına səbəb oldu

2 dəq
Paylaş:
Bakıda güclü külək 2 qadının xəsarət almasına səbəb oldu

Güclü küləyin nəticəsində 2 qadın Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirlik məlumat yhayıb.

Qeyd olunub ki, ötən gün saat 20:20-də 1952-ci il təvəllüdlü qadın səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən müayinədən keçirilib və ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub, tibbi yardım göstərilib.

Həmin gün saat 20:40-da 1987-ci il təvəllüdlü qadın isə güclü küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Tibbi müayinə zamanı ona sol əlin 3-4-cü barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub, müvafiq tibbi yardım göstərilib.

Müraciət edənlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə