Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İndoneziyada güclü zəlzələ baş verib

2 dəq
Paylaş:
İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə xilasetmə xidmətlərindən məlumat verilib.

Bundan başqa, altı nəfərin xəsarət aldığı və iki nəfərin dağıntılar altında qaldığı bildirilib.

***

İndoneziyada baş verən nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "The Times"ə istinadən məlumatına görə, bu barədə Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru bildirib. O, ölənlərin uçmuş binaların dağıntıları altında qaldığını bildirib.

Adada yaşayış və dövlət binaları, eləcə də digər infrastruktur obyektləri zədələnib.

Qeyd edək ki, İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ baş verib. İlkin təkandan sonra çoxsaylı afterşoklar qeydə alınıb.

***

İndoneziyada baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində bir kişi və bir qadın ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" "The Straits Times"ə istinadən xəbər verir.

Flores adasının sahillərinin, eləcə də cənub rayonlarının, adalarının və bütün cənub bölgəsinin sakinlərinə təxliyə edilmək və sahildən uzaqlaşmaq tövsiyə olunub.

Zəlzələnin episentri 188 000 insanın yaşadığı -Bajo şəhərindən 161 km şimal-şərqdə, episentri 35 km dərinlikdə yerləşib.

Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib.

***

İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, zəlzələnin episentri təxminən 188 000 insanın yaşadığı Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə yerləşib.

Zəlzələnin episentri 35 km dərinlikdə yerləşib.

Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax