G7 ölkələri Beynəlxalq Enerji Agentliyi (BEA) ilə birlikdə Yaxın Şərqdə davam edən müharibənin yaratdığı enerji tələbatının artımını cilovlamaq üçün bütün zəruri tədbirləri görməyə hazır olduqlarını bildiriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, G7 ölkələri bu gün birgə bəyanat yayıblar.
Qeyd ediblər ki, G7 üzvləri müzakirələr zamanı irəli sürülən təklifləri diqqətlə öyrənəcəklər:
"Prinsipcə, biz strateji ehtiyatların istifadəsi də daxil olmaqla, vəziyyəti həll etmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsini dəstəkləyirik".
Qeyd edək ki, BEA-ya üzv ölkələr hazırda 1,2 milyard bareldən çox dövlət neft ehtiyatına malikdir, daha 600 milyon barel isə hökumətlər tərəfindən saxlanılır.
Fransanın maliyyə naziri Roland Lescure ayrıca bir açıqlama verərək, hələlik bu mərhələdə yekun qərarın verilmədiyini qeyd edib.