ABŞ Dövlət Departamenti vətəndaşlarına Yaxın Şərqdə bir sıra ölkə və əraziləri dərhal tərk etməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Maura Namdar sosial media platforması X hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Dövlət katibi amerikalıları ciddi təhlükəsizlik riskləri səbəbindən kommersiya nəqliyyatı ilə dərhal aşağıdakı ölkələri tərk etməyə çağırır”.
Siyahıya Bəhreyn, Misir, İran, İraq, İsrail, Qərb Sahili və Qəzza Zolağı, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən daxildir.
Xatırladaq ki, İsrail və ABŞ fevralın 28-də İrana zərbələr endirməyə başlayıb. İran isə buna cavab olaraq bölgədəki İsrail və ABŞ hərbi bazalarına, eləcə də enerji obyektlərinə hücumlar həyata keçirdiyini açıqlayıb.