ABŞ Prezidenti Donald Tramp İran ərazisində reydlər və xüsusi təyinatlı qüvvələrin əməliyyatlarını həyata keçirməyi nəzərdən keçirir.
“Operativ Məlumat Mərkəzi–OMM”-in məlumatına görə, Ağ Ev rəhbəri həmçinin İran rəhbərliyi ilə birbaşa əlaqəli hədəflərə qarşı zərbələr endirmə variantını araşdırır. Məqsəd ölkədə xaos yaratmaq və hakimiyyət dəyişikliyi üçün şərait formalaşdırmaqdır.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonlarında İran milli valyutası rialın devalvasiyası ilə bağlı geniş kütləvi etirazlar baş verib. Hakimiyyət nümayişlərə cavab olaraq təhlükəsizlik tədbirlərini gücləndirib, polis göz yaşardıcı qaz və öldürücü olmayan silahlardan istifadə edib.
İran hakimiyyəti iğtişaşların arxasında xarici qüvvələrin dayandığını iddia edib. Xarici İşlər Nazirliyi ABŞ və İsraili etirazlarda rol oynamaqla suçlayıb.