Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən iş adamı Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə prosesində təqdimat təmin edilib və Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabrında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.