Cənubi Koreyanın maliyyə naziri Ku Yun Çhol, Hörmüz boğazı yaxınlığında enerji təhlükəsizliyini və Koreya gəmilərinin mühafizəsini gücləndirmək məqsədilə Körfəz ölkələrinin səfirləri ilə strateji görüş keçirib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, nazirlik bu barədə rəsmi açıqlama yayıb.
Görüş zamanı Ku Yun Çhol, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) səfirlərindən neft, mayeləşdirilmiş təbii qaz, karbamid və digər vacib resursların fasiləsiz təchizatını təmin etmələrini istəyib. O, eləcə də bu mühüm boğaz yaxınlığında Koreya gəmilərinin və heyətlərinin təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.
Bəyanatda əlavə olunub ki, səfirlər Cənubi Koreyanın onlar üçün "əsas prioritet" olduğunu bildiriblər və sabit təchizatı təmin etmək üçün Seulla sıx əlaqə saxlamağa söz veriblər.