Aprelin 14-də Füzuli rayonunda baş verən ağır mina partlayışı nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı həlak olub.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-əANAMA-dan məlumat verilib.
Rəsmi məlumata görə, bədbəxt hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində qeydə alınıb.
Xidməti vəzifəsini yerinə yetirən agentlik əməkdaşı, 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu tank əleyhinə mina partlayışının qurbanı olub.