Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Diqqət: Qar yağacaq və yollar buz bağlayacaq

2 dəq
Paylaş:
Diqqət: Qar yağacaq və yollar buz bağlayacaq

Fevralın 10-11-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı qar yağacağı gözlənilir. Bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcəyi proqnozlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya xüsusi məlumat yayıb.

Bakıda və yarımadasında fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, sulu qara və qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimal olunur.

Fevralın 11-də şimal-qərb küləyi mülayimləşsə də, fasilələrlə yağıntılı davam edəcək.

Azərbaycanın rayonlarında da fevralın 10-11-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Xüsusi xəbərdarlıq: Fevralın 10-12-də bəzi dağlıq və dağətəyi rayonlarda buz bağlayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax