Azərbaycanda fevralın 11-də bəzi yerlərdə hava şəraitinin dəyişəcəyi, sulu qar və qar yağacağı proqnozlaşdırılır.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında da hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti proqnozlaşdırılır. Dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz isə 0-5° şaxta olacaq.
Sürücülərin diqqətinə: Bəzi yolların buz bağlayacağı ehtimalı var.