Küveytdəki Amerika diplomatik missiyasının yerləşdiyi binadan tüstü qalxdığı bildirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Xinhua News Agency” məlumat yayıb.
Məlumata görə, tüstünün səbəbi və hadisənin hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb. Əraziyə təhlükəsizlik və fövqəladə xidmət əməkdaşlarının cəlb edildiyi bildirilir.