Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Xamenei hava hücumundan əvvəl binadan çıxdıqdan sonra ölümdən xilas olub - KİV

2 dəq
Paylaş:
Xamenei hava hücumundan əvvəl binadan çıxdıqdan sonra ölümdən xilas olub - KİV

İranın yeni ali liderinin -İsrail hücumu zamanı ölümdən xilas olduğu edilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.

Bildirilib ki, İranın yeni ali lideri Müctəba fevralın 28-də ABŞ və İsrail tərəfindən həyata keçirilən hava hücumu zamanı hədəfə alınan binadan son anda çıxaraq xilas olub.

Qeyd olunub ki, hücum nəticəsində onun atası – İranın ali lideri Əli Xamenei həlak olub.

Məlumata görə, nəşr İranın İslam İnqilabı Keşikçiləri Korpusuna göndərildiyi iddia edilən səs yazısına istinad edir. Bildirilir ki, bu səs yazısı Məzahir Hüseyni tərəfindən göndərilib və onun həqiqiliyi müstəqil şəkildə təsdiqləndiyi iddia olunur.

Qəzet Hüseyninin sözlərinə istinadən yazır ki, hadisə zamanı Müctəba Xamenei binadan kənarda olub və geri qayıdarkən zərbəsi endirilib.

Hadisə nəticəsində onun həyat yoldaşı xanım Həddadın və oğlunun həlak olduğu, özünün isə yalnız yüngül ayaq xəsarəti aldığı bildirilir.

Afət Ziyadqızı

Jurnalist

Afət Ziyadqızı — 10 ildən artıq təcrübəyə malik peşəkar jurnalist və media mütəxəssisidir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Siyasi...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax