Siyasi ekspert: "Ermənistan sülh prosesini uzadaraq buna mane olmağa çalışır"

Siyasi ekspert: "Ermənistan sülh prosesini uzadaraq buna mane olmağa çalışır"
22.04.2023 21:20
Aa
dəq

"Ermənistanın mina terroru bu gün də davam edir. Çox təəssüflər olsun ki, 30 ilə yaxın bir müddət ərzində Ermənistanın Azərbaycan Respublikasına və xalqına qarşı soyqırımı, təcavüz və işğalçılıq siyasəti 2020-ci ilin 10 noyabr tarixli bəyanatı ilə 44 Günlük Müharibənin nəticəsi kimi buna son qoyulsa da, Ermənistan qanunsuz silahlı birləşmələri Azərbaycanın 20 faiz ərazilərindən silinib süpürülsə də, bəzi ərazilərimizdə hansılar ki, Rusiyalı sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə hələ də qanunsuz silahlı birləşmələr mövcuddur və onların sayı təxminın 10 min civarındadır".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında siyasi ekspert Xəyal Bəşirov dedi.

Xəyal Bəşirov qeyd etdi ki, bu gün də Azərbaycanın ərazilərində Ermənilərin basdırdıqları minalar zaman-zaman partlayır. Burada təxmini hesablamalara görə 1 milyona yaxın minadan söhbət gedir, bu minalarla bağlı işğaldan azad edilmiş torpaqlarımızda 2 il yarım müddətdində təmizləmə işləri aparılsa da, hələ də bu proses davam edir.

"Çox təəssüflər olsun ki, zaman-zaman həmin minaların partlaması nəticəsində Azərbaycan vətəndaşları - həm mülki insanlar, həm də hərbçilərimiz xəsarət alırlar, sağlamlıqlarını, həyatlarını itirirlər. Təəssüf edici digər məqam ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət, ayrı-ayrı dövlətlər, o cümlədən regionda yerləşən və həmin ərazilərdə nəzarəti həyata keçirən sülhməramlı kontingentinin mövcud olduğu Rusiya tərəfi Ermənistana hər hansı bir təzyiq və təsir, onun qarşısının alınmasına dair hər hansı bir təşəbbüs göstərmir".

Xəyal Bəşirov eyni zamanda bildirdi ki, müharibədən sonra zaman-zaman 300-ə yaxın minaların partlayışı nəticəsində xəsarət alanların bir qismi həyatlarını, bəziləri isə sağlamlıqlarını itirib. 

Bir müddət öncə Kəlbəcərdə jurnalistlərin hərəkət etdiyi yolda minaların basdırılmasından sonra indi də Azərbaycan ordusunun hərəkət istiqamətində mina basdırılır. Nəzərə alsaq ki, Rusiya sülhməramlıları hazırda ərazidə nəzarət edirlər bu halın baş verməsi nə dərəcə düzgündür sualına cavab olaraq Xəyal Bəşirov bildirdi ki, jurnalistlərimizin, hərbçilərimizin, digər insanlarımızın arasında fərq qoyulmadan bu mina təhlükəsi ilə üz-üzə qalması bir daha ondan xəbər verir ki, həmin əraziləri erməni vəhşilərindən təmizləsək də, onların tör-töküntüləri, yeraltı ermənilərindən hələ ki, təmizləyə bilməmişik.Təbii ki, bu bir daha ondan xəbər verir ki, Ermənistan regionda sülhə hazırlaşmır. Bunu onunla əlaqləndirmək olar ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli bəyanatını imzalamasından sonra da regionda minaların basdırılması prosesini həyata keçirib. 2021-ci il istehsalı olan minalara ərazidə rast gəlməyimiz, ondan xəbər verir ki, müharibə bitdikdən sonra belə Ermənistan imzalanmış bəyanatlara, əldə edilmiş razılaşmalara zidd olaraq, həmin ərazilərdə, yəni Laçın yolundan qanunsuz məqsədlər üçün, minaların daşınması üçün istifadə edib.

"Ümumiyyətlə dünyada qəbul edilmiş beynəlxalq sənədlərə əsasən, minalardan istifadə edilməsi, onların istehsalı qadağandır, bütün hüquqa, beynəlxalq sənədlərə hörmətsizlik edən Ermənistan bu məsələdə də özünün siyasətini davam etdirir və beynəlxalq hüququ tapdalayır",- deyən Xəyal Bəşirov Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya, demarkasiya prosesindən savayı bir sıra məqamlar reallaşdırılmalı olduğunu vurğulayıb. 

"Lakin diqqətinizə çatdırım ki, 10 noyabr tarixli bəyanatla Azərbaycanla yanaşı Ermənistan öz üzərinə bir sıra ciddi öhdəliklər, vəzifələr götürüb. O vəzifələrin icrası istiqamətində mümkün qədər öhdəliklərindən yayınmağa çalışır, baxmayaraq ki, Azərbaycan üzərinə düşən öhdəliyini yerinə yetirir. Düşünürəm ki, sərhədlərin delimitasiya, demarkasiya prosesi Ermənistana aid olan qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılması və eyni zamanda, vaxtilə cinayətkar ermənilərin belə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərinə keçməsinə, Azərbaycan tərəfinə qarşı cinayətlərin törədilməsinə niyyətlənməsinə baxmayaraq, Azərbaycan humanist addım ataraq həmin o şəxsləri Ermənistana qaytardı, amma bunun müqabilində Azərbaycana  mina xəritələrinin verilməsini öz üzərinə götürən Ermənistan, o xəritələri Azərbaycana vermədi, verdiyi xəritələr isə təhrif olunmuş xəritələr idi. 

Artıq Azərbaycan məcburdur ki, bu məsələdə Ermənistanı sülhə məcbur etmə prosesinin davamını gətirsin, bunu müxtəlif yollarla, o cümlədən, genişmiqyaslı antiterror əməliyyatı həyata keçirərək Azərbaycan ərazilərində hələ də mövcud olan qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və elə həmin qanunsuz silahlı birləşmələr vasitəsilə minaların daşınması prosesinə son qoyması ilə həyata keçirə bilər. Beynəlxalq ictimaiyyət, ayrı-ayrı təşkilatlar, ayrı-ayrı dövlətlər, xüsusilə də Ermənistana dəstək göstərən, ona havadarlıq edən dövlətlər, Ermənistanın bu qanunsuz əməlləri ilə bağlı Ermənistana hansısa bir çağırışlar etməyəcəklərsə, ona qarşı hər hansı addımların atılması təşəbbüsünü ortaya qoymayacaqlarsa, Ermənistan özünün siyasi "cığallığını", "ərköyünlüyünü" və "şıltaqlığını" davam etdirəcək. Bundan isə Azərbaycan dövləti, vətəndaşları əziyyət çəkəcək. Təbii ki, bunun qarşısını almaq üçün Azərbaycan hərəkətə keçməlidir. Artıq Ermənistanın ən son ard-arda gələn təxribatları onu deməyə əsas verir ki, Azərbaycan bu məsələdə özü o prosesin həllinə nail olmaqla bağlı mövqe ortaya qoymalıdır. 44 gün ərzində keçmiş Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya mövqe qoyduq və uğur əldə etdik. 

Həm mina terroru, həm də Ermənistanın ard-arda törətdiyi təxribatlar, Azərbaycan hərbçilərinin əsir götürülməsi və onlara qarşı əsaslı ittihamlar səsləndirməyərək onların həbs edilməsi, ümumilikdə Ermənistanın tutduğu mövqe ondan xəbər verir ki, Ermənistan Azərbaycanla  danışıqlarda qeyri-səmimilik nümayiş etdirir. Sadəcə görüntü xarakterli danışıqlar aparır və sülh prosesinə mane olmağa, sülh prosesini uzatmağa çalışır. 

Təbii ki, bunun da yeganə yolu Azərbaycanın hərəkətə keçməsidir. Digər bir yolu var ki, beynəlxalq ictimaiyyət bu məsələdə Ermənistana təzyiq və təsir göstərməlidir. Əgər bu edilmirsə, bu halda bizim yeganə çıxış yolumuz Ermənistanın bu prosesi davam etdirməsinin qarşısının almaqla bağlı hərəkətə keçməyimiz və Ermənistanı sülhə məcbur etmək prosesini yekunlaşdırmağımız olacaq. Ermənistanın son hərəkətləri isə bunu zəruri edir".

Aygün İsmayılova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu