Şimali Koreya fevralın 26-da strateji qanadlı raketləri sınaqdan keçirdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, lider Kim Çen In raket sınağını yerində izləyib.
Strateji qanadlı raketlərin fevralın 26-da ölkənin qərbindən buraxıldığı bildirilərkən, sınağın ölkənin təhlükəsizliyini təhdid edən düşmənlərə qarşı nüvə hücumu imkanlarını nümayiş etdirmək məqsədi ilə həyata keçirildiyi qeyd olunub.
Kim ordunu nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb.