Əsas məzmuna keç

İsveç ölkəni tərk edən miqrantlara 36 min dollar ödəyəcək

İsveç ölkəni tərk edən miqrantlara 36 min dollar ödəyəcək

İsveç hökuməti Avropa İttifaqından kənar ölkələrin yaşayış icazəsinə malik şəxslərin ölkədən könüllü ayrılması üçün 350 min kronadək maliyyə dəstəyi verəcək.

ru en

Avropa İttifaqından kənar ölkələrin yaşayış icazəsinə malik xarici vətəndaşların ölkəni tərk etməsi üçün maliyyə təşviqi proqramına başlayıb. çərçivəsində hər bir şəxsə 350 min İsveç kronunadək, təxminən 36 min ödənilməsi nəzərdə tutulur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, proqram 2026-cı ilin əvvəlindən qüvvəyə minib. Hökumət təşəbbüsü rəsmi internet səhifələrində müxtəlif dillərdə təqdim edib.

İsveç 2015-ci ildə 163 min sığınacaq axtaran şəxsi qəbul edib və adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə Avropada ikinci yerdə qərarlaşıb. 2025-ci ilə qədər isə bu göstərici 96 faiz azalıb.

Hökumət cinayətkarlığın və miqrasiyanın azaldılması vədi ilə hakimiyyətə gəlib.

Ümumi büdcəsi 1,3 milyard İsveç kronu, təxminən 100 milyon funt sterlinq olan proqram çərçivəsində ölkəni könüllü şəkildə tərk edən şəxslərə maliyyə yardımı göstərilməsi nəzərdə tutulur.

ölkədən geri dönüşlərin artırılmasının hökumətin əsas prioritetlərindən biri olduğunu bildirib.

Hökumətə parlamentdənkənar dəstək verən sağçı İsveç Demokratları partiyası da proqramı dəstəkləyir. Partiya miqrantların könüllü şəkildə ölkələrinə qayıtmasını təşviq edən siyasətin daha da genişləndirilməsini istəyir.

Proqram çərçivəsində 18 yaşdan yuxarı şəxslərə 350 min İsveç kronunadək, azyaşlılara isə daha aşağı məbləğdə ödəniş verilməsi nəzərdə tutulur.

İsveç hökuməti hesab edir ki, maliyyə təşviqi könüllü geri dönüşlərin sayını artırmağa və ölkədə miqrasiya yükünü azaltmağa kömək edə bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…