Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Ştutqart” “Volfsburq”un hücumçusunu heyətinə qatır: Transferin detalları məlum olub

2 dəq
Paylaş:
“Ştutqart” “Volfsburq”un hücumçusunu heyətinə qatır: Transferin detalları məlum olub

Almaniyanın "" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" "Bild" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi ""un 21 forvardı Cenan Peyçinoviçin transferi ilə bağlı bütün detalları razılaşdırıb.

Mənbə qeyd edir ki, "Ştutqart" bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəyəcək. Bu məbləğ sabit olaraq müəyyən edilib və əlavə bonusları nəzərdə tutmur.

Futbolçu yeni klubu ilə 2031-ci ilə qədər nəzərdə tutulan 5 illik müqavilə imzalayacaq. İllik maaşının isə təxminən 2,5 milyon avro olacağı gözlənilir. Müqavilədə oyunçunun sərbəst qalma maddəsi (buy-out) yer almayıb.

Cenan üçün aparılan mübarizədə "Ştutqart"ın "Portu" və "RB Leyptsiq" kimi nüfuzlu klubları geridə qoyduğu bildirilir. Oyunçunun yaxın günlərdə tibbi müayinədən keçəcəyi və rəsmi imzaların atılacağı gözlənilir.

Qeyd edək ki, gənc hücumçu ötən mövsüm 34 matçda meydana çıxaraq 12 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniyanın bütün aşağı yaş qruplarından keçən Peyçinoviç hələlik ölkənin əsas milli komandasına dəvət almayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax