Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO

2 dəq
Paylaş:
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti İlham Əliyevin ailəsini şantaj edən şəxsi saxlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bununla bağlı İTV-də süjet yayımlanıb.

Sujetin mətnini təqdim edirik:

Bu ilin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov Alena Əliyeva barədə müxtəlif internet platformalarında böhtan xarakterli məlumatlar yaymağa başladılar.

Hətta Mehman Hüseynov canlı yayımların birində bir neçə saniyəlik şəkil fraqmenti nümayiş etdirdi. Bu saxta videomateriallar hardan alınıb? Bloqerlər videoları müəyyən adamlardan aldıqlarını deyirlər. Bəs bu adamlar kimdir? Bu suallara az sonra cavab verəcəyik. Gəlin ardıcıllıqla gedək.

Bloqerlərin internetdə qarayaxma kampaniyasına başlaması ilə təxminən eyni vaxtda Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə bir nəfər öz hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış telefon nömrəsi üzərindən əlaqə saxlamağa çalışır. Xarici ölkədə olan bu şəxs həmin adamları guya Alena Əliyevaya məxsus olmasını iddia etdiyi kadrlarla şantaj edir. Bu görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edir.

Faktla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə başlanılır. nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən vətəndaşı F.S. saxlanılır. İstintaqa ifadəsində o, cinayəti törətdiyini etiraf edir və detalları danışır. Qeyd edək ki, saxlanılan şəxslə bağlı məhkəmə hökmü olmadığından biz reportajda onun adını çəkmirik və üzünü də göstərmirik. Məhkəmə qərarı olandan sonra bu şəxsin kimliyi açıqlanacaq".

OMM Redaksiyası

Redaksiya heyəti

OperativMMM.az xəbər portalının redaksiya heyəti. Azərbaycanda və dünyada baş verən hadisələri operativ şəkildə işıqlandırırıq. Doğru, qərəzsiz və etibarlı xəbə...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax