"Beşiktaş" futbol klubunda prezident Serdal Adalı ilə baş məşqçi Sərgən Yalçın arasında keçirilən görüş başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “TRT Haber" məlumat yayıb.
Bildirilib ki, kritik görüşdən sonra tərəflərin qarşılıqlı razılığı əsasında təcrübəli mütəxəssislə yollar ayrılıb.
Türkiyə Superliqasını 4-cü pillədə başa vuran və əsas hədəf kimi müəyyən edilən Türkiyə Kuboku ilə yarımfinal mərhələsində vidalaşan Beşiktaşda Serdal Adalı və Sərgən Yalçın toplantı keçiriblər.
Məlumata görə, təcrübəli baş məşqçi vəzifəsindən ayrılıb.
Bununla bağlı rəsmi açıqlamanın gün ərzində veriləcəyi bildirilir.
Bu hadisələrdən sonra futbol komandalarının koordinatoru Serkan Reçber ilə də yolların ayrılacağı gözlənilir.