Sentyabrın son gününə olan hava proqnozu açıqlanıb

Sentyabrın son gününə olan hava proqnozu açıqlanıb
29.09.2023 12:33
Aa
dəq

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz
13-18° isti olacaq.

Həftənin ən çox oxunanları

Sentyabrda temperatur normadan yüksək olub

Sentyabrda temperatur normadan yüksək olub
DAVAMIN OXU davamın oxu

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
DAVAMIN OXU davamın oxu

Sentyabrın 24-ü gündüzdən 27-dək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Sentyabrın 24-ü gündüzdən 27-dək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu