“Səbail” səfərdə “Qəbələ”yə qalib gəlib

“Səbail” səfərdə “Qəbələ”yə qalib gəlib
03.03.2024 19:01
Aa
dəq

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Səbail”i qəbul edib.

Qəbələ stadionunda oynanılan görüş "dənizçilər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 13-cü dəqiqədə Urfan Abbasov, 26-cı dəqiqədə Osama Xalayla fərqləniblər. Qonaqlarda isə qolları 58-ci dəqiqədə Yusif Nəbiyev, 65-ci dəqiqədə Rüfət Abdullazadə, 90+1-ci dəqiqədə Nir Bardea vurublar.

Bu nəticədən sonra xallarının sayını 37-yə çatdıran "Səbail" hələlik ikinci pillədə qərarlaşıb. Bölgə təmsilçisi isə 15 xalla sonuncudur.

Qeyd edək ki, günün ikinci oyununda "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Turun ilk üç matçında "Kəpəz" "Sumqayıt"a (3:1), "Sabah" "Araz-Naxçıvan"a (2:0) qalib gəlib. "Zirə" - "Turan Tovuz" görüşü isə heç-heçə ilə nəticələnib - 1:1.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu