Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dənizdə batan qızın axtarışlarına FHN-in helikopteri cəlb olunub

2 dəq
Paylaş:
Dənizdə batan qızın axtarışlarına FHN-in helikopteri cəlb olunub

İyulun 6-da Bakı şəhərinin Xəzər rayonu, qəsəbəsində dənizin nəzarətsiz hissəsində batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Aviasiya Dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə , həmçinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, iyulun 6-da Mərdəkan qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 km aralıda nəzarətsiz dəniz sahəsində 4 nəfər batıb. Operativ tədbirlər nəticəsində 1975-ci il təvəllüdlü Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib. zamanı 2005-ci il təvəllüdlü Məmmədov Raul Rasim oğlunun meyiti sudan aidiyyəti üzrə təhvil verilib.

Hazırda 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının tapılması istiqamətində axtarışlar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax