Samuxda narkotikin təsiri altında olan sürücü aşkarlanıb

Samuxda narkotikin təsiri altında olan sürücü aşkarlanıb
06.03.2024 09:30
Aa
dəq

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsini idarə edən Elxan Cəfərovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub. E.Cəfərovun barəsində toplanmış material məhkəməyə göndərilib.

Bundan başqa, keçirilən profilaktik tədbirlər zamanı təhlükəsizlik və işıq cihazlarından istifadə etməyən, sürücülük hüququ olmadan və ya sərxoş halda nəqliyyat vasitələrini idarə edən, normadan artıq qaz tullantısı ixrac edən və digər qayda pozuntularına yol verən avtomobil sahibləri də aşkar edilib. Polis əməkdaşları həmin sürücülərlə profilaktik söhbətlər apararaq onlara yol hərəkəti qaydalarının tələblərini xatırladıblar. Bildirilib ki, bu qaydalara riayət edilməsi həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacibdir. Qeyd edilən qayda pozuntularına yol verən 19 sürücü barəsində inzibati protokol tərtib edilib.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu