Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova Buxarada beynəlxalq forumda

1 dəq
Paylaş:
Sahibə Qafarova Buxarada beynəlxalq forumda

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament II Asiya Qadınlar Forumuna qatılmaq məqsədilə Özbəkistanda səfərdədir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Məclisin və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Buxara şəhərinin hava limanında Sahibə Qafarovanı Özbəkistan Ali Məclisi Senatının üzvü Gülnara Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədrinin səfər çərçivəsində Asiya Qadınlar Forumunun rəsmi açılış mərasimində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax