Ulu Öndər Heydər Əliyev bugünkü Azərbaycan parlamentinin banisidir. Onun böyük siyasətə qayıdışı məhz bu binadan başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 14-də keçirilən iclasında çıxışı zamanı deyib.
Spiker bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın parçalanması və məhv olması fəlakətinin qarşısı alınıb.