Sahibə Qafarova: Asiya Parlament Assambleyasına mühüm çərçivə kimi baxırıq

Sahibə Qafarova: Asiya Parlament Assambleyasına mühüm çərçivə kimi baxırıq
22.02.2024 10:40
Aa
dəq

Azərbaycan parlamenti olaraq Asiya Parlament Assambleyasına (APA) mühüm çərçivə kimi baxırıq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan parlamentinin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

Sədrin sözlərinə görə, bu gün APA-nın fəaliyyəti siyasi, iqtisadi, sosial, mədəni və digər mühüm sahələri əhatə edir:

"Parlamentlərimizi bir araya gətirməklə ölkələrimizin səylərini ümumi məqsədlər üçün daha da səfərbər edirik. Eyni zamanda, bu məqsədlərə nail olmaq üçün parlament bu işə öz töhfəsini verir.Azərbaycan parlamenti olaraq APA-ya mühüm çərçivə kimi baxırıq. Bu, bizim parlamentlərarası dialoqumuzu dərinləşdirməyə birgə istəyimizi əks etdirir. İnanıram ki, təşkilatın institusional potensialının inkişafı əməkdaşlığımızı daha da gücləndirəcək".

"APA-nın Nizamnaməsi ilə tənzimlənən mövcud orqanların fəaliyyətinin gücləndirilməsi və səmərəliliyinin artırılması ilə Assambleyanın işi daha da gücləndirilə bilər. Yeni mexanizmlərin yaradılması da işimizi xeyli zənginləşdirəcək", - S.Qafarova əlavə edib.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu