Operativ Məlumat Mərkəzi

Şahbaz Şərif Rəisi ilə vidalaşmaq üçün İrana səfər edəcək

1 dəq
Paylaş:
Şahbaz Şərif Rəisi ilə vidalaşmaq üçün İrana səfər edəcək
bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Şərif mayın 22-də İrana gedəcək. O həmçinin İranın ruhani lideri Ayətullah Əli...

Pakistanın Baş naziri Şahbaz Şərif İran xalqına başsağlığı vermək və təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digər rəsmilər ilə rəsmi vida mərasimində iştirak etmək üçün İrana səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Şərif mayın 22-də İrana gedəcək. O həmçinin İranın ruhani lideri Ayətullah Əli Xamenei və prezident səlahiyyətlərini icra edən Məhəmməd Möhbərlə görüşlər keçirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər