Sabirabadda polis əməliyyatlar keçirilib

Sabirabadda polis əməliyyatlar keçirilib
12.02.2024 08:36
Aa
dəq

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər quldurluq və narkotiklərə görə məhkum olunmuş Səid Zeynalov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı çəkisi 400 qramdan artıq olan marixuana, eləcə də bir ədəd “Naqan” markalı tapança aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı rayonun Əsgərbəyli kənd sakini İlyar Kərimov da saxlanılıb. Onun yaşadığı ünvandan isə 30 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən son 10 gün ərzində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasına istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 nəfər saxlanılıb ki, onlardan 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu