Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb
22.06.2023 12:43
Aa
dəq

İyunun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Axşam yağıntılar tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti olacaq, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Həftənin ən çox oxunanları

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib
DAVAMIN OXU davamın oxu

“Leysan, dolu, qar…” - Sabah ilə bağlı XƏBƏRDARLIQ

“Leysan, dolu, qar…” - Sabah ilə bağlı XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Şənbə günü yağış yağacaq - PROQNOZ

Şənbə günü yağış yağacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu