Operativ Məlumat Mərkəzi

Sabah temperatur Bakıda 40, bəzi rayonlarda 42 dərəcəyədək yüksələcək

1 dəq
Paylaş:
Sabah temperatur Bakıda 40, bəzi rayonlarda 42 dərəcəyədək yüksələcək
Sabah temperatur Bakıda 40, bəzi rayonlarda 42 dərəcəyədək yüksələcək. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən...

Sabah temperatur Bakıda 40, bəzi rayonlarda 42 dərəcəyədək yüksələcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40° isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 18-23° isti, gündüz 28-33° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər