Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
27.06.2023 12:24
Aa
dəq

İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

Həftənin ən çox oxunanları

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib
DAVAMIN OXU davamın oxu

“Leysan, dolu, qar…” - Sabah ilə bağlı XƏBƏRDARLIQ

“Leysan, dolu, qar…” - Sabah ilə bağlı XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Şənbə günü yağış yağacaq - PROQNOZ

Şənbə günü yağış yağacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu