Operativ Məlumat Mərkəzi

Sabah daha 4 itkin-şəhid dəfn olunacaq

1 dəq
Paylaş:
Sabah daha 4 itkin-şəhid dəfn olunacaq
bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Qeyd edilib ki, hərbçi Vəliyev Murad...

Sabah Birinci Qarabağ müharibəsinin daha 4 itkin-şəhidi dəfn olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Qeyd edilib ki, hərbçi Vəliyev Murad Məlikməmməd oğlu Quba rayonu Nütəh kənd qəbiristanlığında, hərbçi Abdullayev Cəlal Xankişi oğlu Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin qəbiristanlığında, hərbçi Zərbəliyev Ayaz Əsgəralı oğlu Göyçay şəhəri, Şəhidlər xiyabanında, hərbçi Qayıbov Vəkil Möylan oğlu Qəbələ rayonu, Qəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər