Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Kir Starmerin Kiyevə səfərini sərt tənqid edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Zaxarova Starmerin vəzifəsindən getməzdən əvvəl Ukraynaya etdiyi səfəri Qərb siyasətçilərinin öz xalqları qarşısında deyil, Kiyev rəhbərliyi qarşısında hesabat verməyə üstünlük verməsinin nümunəsi adlandırıb.
Bildirilib ki, iyulun 16-da Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən Kir Starmer hökumətinin Ukraynaya göstərdiyi dəstəklə bağlı məlumat verib.
Mariya Zaxarova isə bu addımı ironiya ilə qarşılayaraq, istefaya hazırlaşan siyasətçilərin ilk növbədə öz parlamentləri və vətəndaşları qarşısında hesabat verməli olduqlarını bildirib. O, bu cür səfərləri "bütlərə sitayiş ritualı" adlandıraraq, onların məntiqsiz olduğunu iddia edib.
Qeyd olunub ki, Rusiya rəsmisi Qərb liderlərinin vəzifə müddətlərinin sonunda Kiyevə səfər etməsini artıq ənənəyə çevrilmiş davranış kimi qiymətləndirib.
Xatırladaq ki, Mariya Zaxarova daha əvvəl də Böyük Britaniyanı Ukraynaya "Gripen" qırıcılarının mümkün tədarükü ilə bağlı xəbərdar etmişdi. Rəsmi Moskva Londonun Kiyevə hərbi dəstəyini münaqişənin uzanmasına səbəb olan əsas amillərdən biri kimi qiymətləndirir.