Rusiya ABŞ-yə qarşı müharibədə raket və pilotsuz təyyarə arsenalını tamamlamaq üçün İrana partlayıcı maddələr verir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “NBC News” telekanalı rəsmi mənbələrə istinadla məlumat yayıb.
Rəsmilər bildiriblər ki, Rusiya Xəzər dənizi vasitəsilə İrana dron komponentləri, sursat və trotil tədarük edir. Qeyd olunub ki, Moskva bununla ABŞ və İsrailin hava hücumlarından sonra Tehranın ehtiyatlarını doldurmasına kömək edir.
Telekanal bunun Moskva ilə Tehran arasında strateji müttəfiqliyin dərinləşməsinin sübutu olduğunu vurğulayıb.