Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiyada Ermənistanın "Jermuk" sularının satışı qadağan edilib

2 dəq
Paylaş:
Rusiyada Ermənistanın "Jermuk" sularının satışı qadağan edilib

Rusiyanın "Çestnıy znak" dövlət markalama sistemi Ermənistana məxsus "" sularının həm onlayn, həm də oflayn pərakəndə satışını dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin baş direktor müavini Revaz Yusupov məlumat verib.

Hazırda dövriyyədə olan təxminən 338 min su yoxlamalar başa çatana qədər bloklanıb. Məhdudiyyətlərə səbəb kimi vətəndaşların sağlamlığına dəyə biləcək ehtimal olunan zərərin qarşısının alınması məqsədilə "" qurumuna edilən müraciət göstərilir. Rəsmilərin sözlərinə görə, məhsullarda məcburi tələblərin pozulması halları aşkarlanıb.

Məhdudiyyətlər istehsal tarixi 17 fevral və 5 mart 2026-cı il olan məhsullara şamil edilib. R.Yusupov vurğulayıb ki, yoxlamalar tam yekunlaşana qədər həmin sular istehlakçılara çatdırılmayacaq.

Xatırladaq ki, bu, "Jermuk" suları ilə bağlı ilk belə hal deyil. 2024-cü ildə Şimali Osetiyada baş vermiş zəhərlənmə hadisəsindən sonra təxminən 2,5 milyon şüşə su dövriyyədən çıxarılmışdı. Həmin vaxt şüşələrin birində əvəzinə sirkə turşusu aşkar edilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax