Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə Rusiya dəvət edilməyəcək.
"Operativ Məlumat Mərkəzi- OMM" xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.
Səfir qeyd edib ki, Rusiya və Belarus nümayəndələri kraliçanın dəfn mərasiminə dəvət olunmayıb, bu təcrübə davam edəcək.
Qeyd edək ki, III Çarlzın tacqoyma mərasimi 6 may 2023-cü ildə keçiriləcək.