Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ronald Arauxo "Barselona"dan ayrıla bilər: Kataloniyalılar əvəzedici axtarışındadır

2 dəq
Paylaş:
Ronald Arauxo "Barselona"dan ayrıla bilər: Kataloniyalılar əvəzedici axtarışındadır

İspaniya mətbuatında “”nın müdafiəçisi Arauxonun komandadan ayrıla biləcəyi ilə bağlı xəbərlər yenidən gündəmə gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Kataloniya klubunda heyət dəyişiklikləri və müdafiə xəttində artan rəqabət uruqvaylı futbolçunun gələcəyi ilə bağlı suallar yaradıb.

Bildirilib ki, “Barselona” rəhbərliyi Pau Kubarsi, Jerar Martin və Erik Qarsiyanı heyətin əsas üzvləri kimi qiymətləndirir. Andreas Kristensenin yeni müqavilə imzalaması isə müdafiə xəttində seçim imkanlarını daha da artırıb.

Məlumata görə, bu vəziyyət Ronald Arauxonun daha az oyun vaxtı alması ehtimalını yüksəldir. Futbolçunun isə ehtiyatda qalmaq variantına isti yanaşmadığı qeyd olunur.

“Mundo Deportivo”nun yaydığı məlumata əsasən, 27 müdafiəçi komandadan ayrılmaq qərarına gəlsə, “Barselona” onun yerinə yeni mərkəz müdafiəçisi transfer etməyə çalışacaq.

Qeyd edək ki, Ronald Arauxonun klubla hazırkı müqaviləsi 2031-ci ilin ortalarına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax