Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya İrana dronlardan istifadə ilə bağlı məsləhət verir

2 dəq
Paylaş:
Rusiya İrana dronlardan istifadə ilə bağlı məsləhət verir

Rusiyanın Yaxın Şərqdəki müharibə zamanı İrana dronlardan istifadə ilə bağlı “ məsləhətlər” verdiyi iddia edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə telekanalı məlumat yayıb.

Bildirilir ki, mənbələrdən biri kanala Rusiyanın Tehran körfəzindəki hədəflərə zərbələr endirərkən dron taktikaları ilə bağlı kömək etdiyini deyib. Məlumata görə, bu cür konkret taktiki tövsiyələr Kremlin İrana dəstəyinin yeni səviyyəyə çatdığını göstərir.

Qeyd olunur ki, Qərb kəşfiyyatının məlumatına əsasən, daha əvvəl də Ukraynadakı münaqişədə istifadə edilən “Şahid” dronlarının tətbiqi ilə bağlı İrana qabaqcıl texnikalardan istifadə etməyə kömək edib. Lakin agentliyin nümayəndəsi Rusiyanın konkret hansı məsləhətləri verdiyini açıqlamayıb.

Amerika mediası həmçinin Rusiyanın ABŞ qoşunlarının yerləşdiyi yerlər barədə məlumatları İranla paylaşdığı iddialarını da yayıb. Bununla belə, qeyd olunur ki, Moskvanın hücumların koordinasiyasında birbaşa iştirak etmədiyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın İranla kəşfiyyat məlumatlarını paylaşması ilə bağlı iddiaları “axmaqlıq” adlandırıb. Pentaqon katibi Pit Heqset isə bu məlumatlarla bağlı narahat olmadığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax