Bakının Nərimanov rayonunda iki prospektin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar paytaxtın bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır. Bu səbəbdən prospektdən aşağıdakı istiqamətlərdə sıxlıq yaranıb:
- "Koroğlu" metro stansiyası
- Alı Mustafayev və Əbdülvahab Salamzadə küçələri
- "20 Yanvar" dairəsi
- Moskva və Tbilisi prospektləri
- Bakı-Sumqayıt şosesi ("20 Yanvar" metro stansiyası istiqamətində)
Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün operativ tədbirlər görülür.