Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

2 dəq
Paylaş:
Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

Yaxın günlərdə şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidin nəşlərinin ailələrinə təhvil verilməsi həyata keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, -leytenant Şərafət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən konfransda deyib.

General vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin müəyyən edilməsinə 30 illik işğal dövründə ərazilərin mina və partlamamış hərbi sursatlarla həddindən artıq çirkləndirilməsi, həyata keçirilmiş vandalizm nəticəsində infrastrukturun, yaşayış məntəqələrinin, landşaftın, relyefin, hətta məzar yerlərinin dağıdılması halları ilə yanaşı, tərəfinin dəfn yerləri barədə məlumatları təqdim etməməsi də ciddi təsir göstərir.

O bildirib ki, 44 günlük müharibədən sonra mətbuata müsahibələr vermiş yüksək rütbəli hərbçiləri, o cümlədən vaxtilə Ermənistan Müdafiə nazirinin müavini, sonradan Ermənistan Parlamentinin deputatı olmuş general Qaqik Melkonyan, Samvel Babayan və digərləri itkin düşmüş hərbçilərinin dəfn yerləri barədə məlumatlarının olduğunu dəfələrlə bildirsələr də, həmin məlumatlar hələ də Azərbaycan tərəfinə təqdim edilmir

"Hətta Ermənistanın Müdafiə nazirinin müavini olmuş general Manvel Qriqoryan mətbuata verdiyi müsahibələrdə azərbaycanlı əsirləri şəxsən saxladığını etiraf etməkdən belə çəkinməyib. Hesab edirik ki, bütün bunlar hamılıqla qəbul edilmiş humanizm prinsiplərinə zidd olmaqla yanaşı, beynəlxalq humanitar hüquq normalarına təhdiddir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax