Rəhbər vəzifə sahibləri test imtahanı verib

Rəhbər vəzifə sahibləri test imtahanı verib
18.03.2023 14:12
Aa
dəq

Bu gün inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"  -ə DİM-dən bildirilib.

Qeyd edilib ki, AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən xəbərə görə, imtahanda 98 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB2 altqrupu üzrə 2, AB4 altqrupu üzrə 3, AC1 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 4, AC3 altqrupu üzrə 3, AC4 altqrupu üzrə 5, BA1 altqrupu üzrə 4, BA2 altqrupu üzrə 9, BA3 altqrupu üzrə 26, BA4 altqrupu üzrə 16 nəfər olmaqla, ümumilikdə 73 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri gün ərzində elan olunacaq.

Həftənin ən çox oxunanları

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu

Geomaqnit qasırğası bu vaxtadək davam edəcək

Geomaqnit qasırğası bu vaxtadək davam edəcək
DAVAMIN OXU davamın oxu

Bu ərazi işıqsız qalacaq - XƏBƏRDARLIQ!

Bu ərazi işıqsız qalacaq - XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu