Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Real" klubu Valverde ilə yollarını ayıra bilər: 3 əsas səbəb

2 dəq
Paylaş:
"Real" klubu Valverde ilə yollarını ayıra bilər: 3 əsas səbəb

Madridin "" klubunun ulduz futbolçusu Valverdenin qarşıdan gələn yay pəncərəsində komandanı tərk edəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, onun adı satışa çıxarılacaq əsas namizədlər siyahısında yer alır.

Uruqvaylı oyunçunun gedişi ilə bağlı şayiələr onun komanda yoldaşı ilə davasından sonra daha da güclənib.

Rəhbərlik 27 yarımmüdafiəçinin davranışlarından ciddi şəkildə narahatdır.

Qeyd olunur ki, problem təkcə son qalmaqalla məhdudlaşmır, həm də komandanın keçmiş məşqçisi Xabi Alonso ilə yaranmış fikir ayrılıqları da qərara təsir edib.

Klub rəhbərliyi bu sərt addımla digər oyunçulara xəbərdarlıq etmək istəyir. Valverdenin satışı göstərəcək ki, komandada heç bir nüfuzlu futbolçuya intizam qaydalarını pozduğuna görə güzəşt edilməyəcək.

Nəhayət, üçüncü əsas səbəb transfer bazarındakı yüksək tələbatla bağlıdır.

Hazırda bir çox nəhəng klublar Federiko üçün böyük məbləğlər təklif etməyə hazırdır və "Real" rəhbərliyi bu maliyyə fürsətindən yararlanmaq niyyətindədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax