Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında minatəmizləmə və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətləri ən çətin proseslərdən biri idi.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
Xüsusi nümayəndə qeyd edib ki, Xankəndidə 1456 hektar, Ağdərədə 10 min 359, Xocalıda isə 9874 hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib.