Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fevralın 25-də keçiriləcək iclasda Ramiz Mehdiyevin məsələsinə baxılacaq.
"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata əsasən, sabah AMEA-nın Rəyasət Heyətinin iclası baş tutacaq. Gündəliyə daxil olan iki əsas məsələdən biri Ramiz Mehdiyevin akademiyanın həqiqi üzvlüyündən xaric edilməsidir.
İclasda müzakirəyə çıxarılacaq ikinci məsələ isə AMEA-nın illik hesabatının dinlənilməsi olacaq.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanan cinayət işi çərçivəsində Ramiz Mehdiyev aşağıdakı maddələr üzrə ittiham olunur:
İttiham aktına AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirmə), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri daxildir.
Hazırda onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.