İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Şamxani ölkənin hərbi imkanları ilə bağlı mühüm açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, rəsmi Tehranın raket proqramının beynəlxalq səviyyədə müzakirəyə qapalı olduğunu vurğulayıb.
Şamxaninin sözlərinə görə, İranın raket potensialı dövlətin təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən "qırmızı xətt"dir.
O, bu məsələnin heç bir danışıqlar predmeti ola bilməyəcəyini qətiyyətlə diqqətə çatdırıb.
Qeyd edək ki, bu bəyanat regionda hərbi-siyasi gərginliyin artdığı və beynəlxalq güclərin İranın hərbi proqramına dair narahatlıqlarının ifadə edildiyi bir vaxtda səsləndirilib. Tehran rəsmiləri dəfələrlə raket proqramının yalnız müdafiə xarakteri daşıdığını iddia ediblər.