Aprelin 15-i Bakını Hansı Hava Gözləyir?
Aprelin 15-də Bakı və Abşeron yarımadasında yaşayanları arabir yağan yağış gözləyir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Proqnoza görə, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında isə yağıntılarda fasilə olacaq.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz isə 13-16° isti təşkil edəcək.
Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 75-85 % səviyyəsində olacaq.
Bölgələrdə Hava Necə Olacaq?
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv olacağı və şimşək çaxacağı ehtimal edilir.
Səhər saatlarından etibarən qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə səhər saatlarında duman müşahidə olunacaq.
Havanın temperaturu aran rayonlarında gecə 6-9° isti, gündüz 15-20° isti olacaq. Dağlarda isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti gözlənilir.