Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Radoslav Sikorski: İsrail müharibə cinayətlərini etiraf edir

2 dəq
Paylaş:
Radoslav Sikorski: İsrail müharibə cinayətlərini etiraf edir

Polşa Baş nazirinin müavini və naziri Sikorski İsrail əsgərinin Livanın cənubunda İsa peyğəmbərin heykəlini dağıtması ilə bağlı məsələyə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“İsrail ordusunun əsgərləri müharibə cinayətlərini özləri edir. Onlar yalnız fələstinli mülki şəxsləri deyil, hətta öz girovlarını belə öldürüblər”, - o qeyd edib.

Nazir İsrailin xarici işlər naziri Gideon Saarın hadisə ilə bağlı üzr istəməsini müsbət qiymətləndirərək, bunun həqiqətən üzr tələb edən bir vəziyyət olduğunu bildirib.

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda nəzarət altında saxladıqları Deyr Seryan qəsəbəsində bir İsrail əsgərinin Hz. İsa heykəlini sındırmasına dair fotonun həqiqi olduğunu təsdiqləyib və hadisədə iştirak edənlər barədə tədbir görüləcəyini açıqlayıb.

İsrailin xarici işlər naziri Saar da "X" platformasında paylaşım edərək İsrail ordusunun xristian dini simvoluna qarşı bu hücumunu ciddi və utancverici adlandırıb:

“Bu hadisəyə görə üzr istəyirik və hissləri incinmiş bütün xristianların qarşısında baş əyirik.”

İsrailin Benjamin da "X" hesabında məsələ ilə bağlı açıqlama verərək, baş verən hadisədən kədərləndiyini bildirib və bu əməli pisləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax