Quru sərhədlərinin bağlı olması nəyə təsir edir? - AÇIQLAMA

Quru sərhədlərinin bağlı olması nəyə təsir edir? - AÇIQLAMA
30.08.2024 12:40
Aa
dəq

Azərbaycanda karantin rejimi səbəbindən 4 ildir ki, quru sərhədləri bağlıdır. COVID-19-la bağlı məhdudiyyətlərin demək olar ki, hamısı aradan qaldırılıb. Ancaq quru sərhədləri hələ də bağlıdır. Qərarla Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb. Quru sərhədlərinin açılması məsələsi isə hazırda ən çox müzakirə edilən mövzudur.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan iqtisadçı-ekspert Elşad Məmmədov quru sərhədlərinin bağlı olma səbəbinə aydınlıq gətirib.

“Hər bir ölkənin quru sərhədlərinin bağlı olması həmin ölkənin iqtisadiyyatına təsirlər göstərir. Məhdudlaşdırıcı təsirlər burada qaçılmaz və danılmazdır. Bu baxımdan sözsüz ki, Azərbaycan iqtisadiyyatına quru sərhədlərinin bağlı olmasının təsirləri var. Mənə elə gəlir ki, səbəb daha önəmlidir, nəinki iqtisadiyyata hazırkı təsirlər. Bu qərarı ölkə rəhbərliyi veribsə, deməli quru sərhədlərin qapalı saxlanılmasının önəmi, iqtisadiyyata məhdudlaşdırıcı təsirlərdən daha böyükdür”.

Ekspert qeyd edib ki, sərhədlərin açılmasından irəli gələ bilən risklər, çağırışlar, təhlükələr görünür ki, iqtisadiyyatın bu gün quru sərhədlərin bağlanılmasına görə aldığı təsirlərdən daha böyükdür.

Burada müxtəlif istiqamətlərdə məsələlər ola bilər. Ona görə də, ekspert düşünür ki, bu məsələ ilə bağlı dövlət rəhbərliyinin qəbul etdiyi qərarlar hansısa fundamental əsaslara söykənir və bu əsaslar bu gün ölkə iqtisadiyyatına quru sərhədlərin qapalı olması ilə bağlı olan təsirlərdən daha önəmlidir.

Digər həmsöhbətimiz iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, quru sərhədlərin bağlı olması, ölkə iqtisadiyyatına çox mənfi təsir göstərir.

Bəs quru sərhədlərin bağlı olması hansı problemlərə gətirib çıxarır?

Ekspert problemlər sırasında, sərhədyanı ticarətdə yaranan mənfiliklərə də toxunub. Belə ki, vətəndaşlar sərhədyanı qonşu ölkələrdə İranda, Gürcüstanda, Rusiyada alış-veriş edə bilmirlər.

“İkinci məqam turizmə mənfi təsir göstərir. İnsanların sərhəd xərcləri artır. İnsanlar məcburiyyət qarşısında qalıb təyyarədən istifadə etməli olurlar. Bundan başqa xüsusən də təkcə turizm insanların xaricə təkcə səyahət etmək üçün yox, həm də təhsil və tibbi ehtiyaclar üçün getməli olduqlarıdır. Bu da onların xərclərini kəskin şəkildə artırır”, - deyə ekspert qeyd edib.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu