Operativ Məlumat Mərkəzi

Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib

1 dəq
Paylaş:
Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib
burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkmənistan Xalq Məsləhətinin sədri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa...

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Bakıdakı Zəfər parkını ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Xalq Məsləhətinin sədri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər