Qobustanda xeyli sayda silah-sursat aşkar edilib

Qobustanda xeyli sayda silah-sursat aşkar edilib
27.11.2023 08:25
Aa
dəq

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 2 ədəd yivli “TOZ”, 3 ədəd müxtəlif markalı ov tüfəngi, 1 ədəd əl qumbarası, fişəng atan tapança və 16-sı “Makarov” tapançasına məxsus olmaqla ümumilikdə 47 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Həftənin ən çox oxunanları

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb
DAVAMIN OXU davamın oxu

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi
DAVAMIN OXU davamın oxu

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu